“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
3 Fevral 2023 17:02
3 955
“İsveçdə Quranın Türkiyə səfirliyi önündə yandırılması Ankaranın islam dünyasında güclənən mənəvi və strateji təsirlərinə reaksiya idi.
Bəlli məsələdir ki, irqi, dini, milli ayrı-seçkilik salmaqla ifadə, söz və fikir azadlığı arasında fərq var. Bu fərq Quranın yandırılması fonunda Qərb tərəfindən üzə çıxarılmır. Əksinə, aparılan propaqanda ilə müsəlmanların müqəddəs saydıqları kitaba təhqirə az qala haqq qazandırılır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. O, diqqətə çtdırıb ki, bu azmış kimi, Qərb ölkələri Quranın yandırılması hadisəsinin terror aktları ilə nəticələnəcəyini arqumentləşdirirlər: “Bu qənaətin arxasında, təbii ki, müəyyən kəşfiyyat məlumatlarına söykənən fikirlər də dayanır.
Həm də Türkiyəyə qarşı təzyiq dalğasını yeni fazaya keçirmək üçün sui-istifadəyə yol verilir.
ABŞ, Britaniya, İsveç, İsveçrə, Almaniya, Belçika, Fransa, İtaliya, Niderlandın Türkiyədəki diplomatik nümayəndəliklərini (konsulluqlar) bağlamaları buna bariz nümunədir.
Hərçənd ki, bu addım Quranın yandırılmasına cavab olaraq Türkiyədə terror aktlarının törədilə biləcəyi ilə əlaqələndirilir.
Ancaq məqsədlərin alt qatındakı niyyətlər Türkiyədə yaxınlaşan prezident seçkisi öncəsi iqtidarın elektoratını zəiflətməyə və ölkənin beynəlxalq nüfuzunun zədələnməsinə yönəlib.
Qərbin həmrəyik nümayiş etdirməsi təhlükəsizlik qayğılarının motivlərinə deyil, Türkiyəyə qarşı kampaniyanın qayəsinə söykənir.
Buna görə də diplomatik nümayəndəliklərin bağlanması azı üç hədəfə atılan oxlardır...”.
Əli
19 Sentyabr 18:41
1 253
19 Sentyabr 10:00
2 870
18 Sentyabr 19:56
1 232