“Rusiya münaqişəyə müdaxilə etməyəcək” Siyasət

“Rusiya münaqişəyə müdaxilə etməyəcək”

Aleksandr Xramçixin: "Moskva İrəvanla müdafiə sazişləri ilə bağlıdır, bu sazişlər Ermənistan ərazisinə təhdid olduqda müdaxiləni nəzərdə tutur"

Rusiya, ABŞ və digər dünya və regional dövlətlər tərəfindən gələn bütün tənqidə baxmayaraq, hazırkı vaxtda Azərbaycan və Ermənistanı münaqişənin davam etdirilməsindən saxlaya biləcək qüvvə yoxdur.
Bu barədə gazeta.ru-ya Siyasi və hərbi təhlil institutunun direktor müavini Aleksandr Xramçixin bildirib. "Bu kontekstdən ATƏT və KTMT-nin rolunu müzakirə etməyin heç bir mənası yoxdur, çünki regional təşkilatlar yalnız danışıqlar apara bilərlər və prosesə heç bir real təsirləri yoxdur, - deyə, ekspert bildirib. Vəziyyəti dəyişə biləcək yeganə tərəf Rusiyadır. Lakin hazırda müdaxilə etmək onun maraqlarında deyil.
Xramçixinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Dağlıq Qarabağdan kənara çıxmasa, Rusiya münaqişəyə müdaxilə etməyəcək. "İş ondadır ki, Moskva İrəvanla müdafiə sazişləri ilə bağlıdır, bu sazişlər Ermənistan ərazisinə təhdid olduqda müdaxiləni nəzərdə tutur. Bundan başqa, erməni hava hücumundan müdafiə sistemində Rusiya elementləri iştirak edir, o cümlədən S-300 sistemləri", - deyə, MDB ölkələrinin İnstitutunun ŞƏT-inj Avrasiya inteqrasiyası və inkişafı şöbəsinin rəhbəri Vladimir Yevseyev bildirib.
Onun rəyinə görə, bütün bunlar Azərbaycana hücum əməliyyatını bilavasitə Ermənistana deyil, onun nəzarətindəki formal muxtar "DQR"ə qarşı başlamaq üçün əhəmiyyətli arqument verir.
"Əsas təhlükə ondadır ki, Dağlıq Qarabağ ətrafında gərginlik son dərəcə yüksəkdir. Bu, ona gətirə bilər ki, hərbi təxribatlar regiondan kənara çıxa və Azərbaycan ilə Ermənistanın sərhədlərində baş verə bilər. Bax o zaman Rusiyanın müdaxiləsi üçün bütün zəruri şərtlər yaranacaq".