Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
Prezident və birinci xanım Bakıda Zəfər muzeyinin açılışında iştirak ediblər - FOTO
21 Mart 2023 12:25
5 026
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
Trend-in məlumatına görə, bu barədə səfir tvitter hesabında qeyd edib.
"Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Aİ Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon dollar ianə edən can Azərbaycana və digər bütün ianəçi ölkələrə təşəkkür edirik", - deyə bildirib.
Qeyd edək ki, Brüsseldə keçirilən Beynəlxalq Donorlar Konfransının iştirakçıları fevralın 6-da Türkiyə və Suriyada baş vermiş zəlzələlədən zərərçəkənlər üçün 7 milyard avro toplayıblar. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
12:29
210
12:27
252
12:20
315