İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
29 Mart 2023 22:24
2 947
"İran xərçəng şişi kimidir".
Bunu APA-nın Təl-Əvivə ezam olunmuş xüsusi müxbirinin, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası barədə sualına cavab olaraq İsrailin xarici işlər naziri Eli Kohen deyib.
"İran öz qonşularını hədələyir. Bu, hətta yaxın qonşular, həmçinin Səudiyyə Ərəbistanı da ola bilər. Biz Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran xərçəng şişi kimidir. İran hansı ölkəyə müdaxilə edirsə oranı dağıdır. Baxın Livanda nə baş verir. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə dağıtdı,.Yəməndə, İraqda nələr törətdi. İran dünyada terror maliyyələşdirən bir nömrəli ölkədir", - deyə Eli Kohen bildirib.
Nazirin sözlərinə görə, regionun və dünyanın stabilliyi üçün hədəf, İranın nüvə silahına nail olmasına imkan verməməkdir.
"Biz gözləyirik ki, daha çox ölkə bu hədəfə nail olmaq üçün bizə qoşulsun", - deyə İsrailin XİN başçısı vurğulayıb .
22 Mart 17:00
1 295
20 Mart 19:24
4 620
20 Mart 09:57
2 618