“Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi” Siyasət

“Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi”

“1982–1987-ci illərdə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb. Bu vəzifədə o, SSRİ-nin 12 nazirliyinin və 20-yə yaxın komitəsinin fəaliyyətinə nəzarət edirdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı spiker Sahibə Qafarova deyib. Spiker bildirib ki, Heydər Əliyevin rəhbərlik etdiyi Operativ Məsələlər Komissiyası Sovet İttifaqının təsərrüfat idarəçiliyinin bir çox aktual məsələləri ilə məşğul olurdu. Onun rəhbərliyi ilə sosial sahədə, təhsildə və səhiyyədə islahatlar aparılırdı: “Bundan əlavə, Ulu Öndər xarici iqtisadi əlaqələr sistemini idarə edən əsas rəhbərlərdən biri idi, SSRİ-nin Asiya və Yaxın Şərqdə beynəlxalq əlaqələri ilə bağlı qərarların qəbul edilməsində mühüm rol oynayırdı. O, bir sıra digər sahələrə aid layihələrdə də yaxından iştirak edirdi.
Xüsusi vurğulamaq lazımdır ki, Moskvada çalışanda da Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi”.