

“Ərdoğanın qələbəsi Türkiyə müxalifətinə özünü yaxın sayan, “orada hakimiyyət dəyişərsə, bizə də fürsət açılar” deyən radikal dini-siyasi qüvvələrə də böyük zərbə oldu”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğunun kimi də dəyərləndirilə bilər: “Prezident İlham Əliyev 2018-ci il seçkilərinin ardınca Ulu Öndərin 100 illiyində yeni hakimiyyət quruculuğunu əzmlə davam etdirir. Mərkəzi və yerli idarəetmə orqanlarında inqilabi dəyişikliklər, yeni partiyalar sistemi, neftə alternativ-“yaşıl” enerji iqtisadiyyatı, yeni siyasi elitanın formalaşdırılması Vətən müharibəsində Qələbədən sonra daha da güclənib”.
Əli