Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik ünvanlayıb Siyasət

Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram".