“Köçəryan-Sərkisyan cütlüyünün revanşist əhval-ruhiyyəsi hərbi eskalasiya riskini artırır”-Mübariz Göyüşlü Siyasət

“Köçəryan-Sərkisyan cütlüyünün revanşist əhval-ruhiyyəsi hərbi eskalasiya riskini artırır”-Mübariz Göyüşlü

“Ermənistan baş naziri Nikol Paşinyanın son günlər Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı açıqlamaları, o cümlədən şərti sərhəd ərazilərdə erməni ordusunun təxribatlarının miqyasının genişlənməsi məkrli qonşularımızın yanlış yolda irəliləməsinin göstəricisidir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Ekspert əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdğını elan edən Paşinyanın son açıqlamaları onun ikiüzlü olduğunu sübut edir, “küçə siyasətçisi” kimi davrandığını göstərir: “Ermənistanda radikal əhval-ruhiyyənin artması, Paşinyanın da radikalların istəyinə uyğun davranması bu ölkəni növbəti fəalkətə aparır. 30 il ərzində Köçəryan-Sərkisyan cütlüyünün idarəetməsi, radikallığı sonda 44 günlük müharibə və erməni ordusunun, eyni zamanda toplumunun ağır zərbə almasına, faktiki məhvinə gətirib çıxartdı.
Paşinyan da, Arutunyan da radikallardan fərqli olaraq müəyyən qədər problemlərin dinc yolla həllinə çalışmaq istəyirdilər. Lakin radikalların - daşnakların, kilsənin və xaricdəki erməni lobbisinin, o cümlədən Köçəryan-Sərkisyan cütlüyünün revanşist əhval-ruhiyyəsi hərbi eskalasiya riskini artırır. Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, Brüssel prosesinin inkişafına mane olmaq istəyənlərə, müharibə olmasını arzulayanlara Azərbaycan lazımi şəkildə cavab verir və bundan sonra da onları darmadağın edəcəyik.
Bütün bu proseslər eyni zamanda Ermənistanda hakimiyyət çevrilişi prosesinə aparıb çıxara, terror və başqa radikal hərəkətlər də baş verə bilər. Rusiyanın müəyyən hərbi-siyasi dairələri bu prosesin içində ola bilərlər. Əgər açıqlanan faktlar doğrudursa o zaman həmin qruplar bu cür ssenari seçməklə Ermənistanı uçuruma aparacaq, Rusiyanı isə növbəti sonu görünməyən problemə sürükləyəcəklər”.

Əli