.jpg)
170 azərbaycanlı işgəncələrlə öldürüldü
14 Fevral 22:52
14 Fevral 22:52
14 Fevral 22:51
14 Fevral 13:45
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfər edib.
Politoloq Turan Rzayev Xalqcəbhəsi.az-a bildirib ki, səfərin ani olması və gözlənilmədən baş verməsi diqqət çəkir: “Bir digər məsələ də Hikmət Hacıyevin keçirdiyi görüşlərdir. Belə ki, o, əvvəlcə İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Hər iki görüşlə bağlı informasiya çox azdır.
Lakin bununla belə son zamanlar Ermənistanla Azərbaycan arasında gərginliyin artması və təxribatların intensivləşməsi Hacıyevin keçirdiyi görüşlərdə nələrin müzakirə olunduğuna dair ipucları verir.
Ronen Levi ilə görüşdə ikitərəfli əlaqələr, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edilib.
Prinsip etibarilə Azərbaycan-İsrail münasibətləri hərbi-siyasi, iqtisadi-diplomatik və digər sahələrdə yükək səviyyədə inkişaf edir.
Aydın məsələdir ki, Hikmət Hacıyev Ronen Leviyə bunu xatırlatmaq üçün İsrailə getməyib. Məsələ ondadır ki, Araik Arutyunyanın “istefası”ndan sonra Xankəndi və ətraf ərazilərdəki separatçılar arasında böhran dərinləşir. Bu, rəsmi Bakının əraziyə nəzarəti tam ələ keçirməsi baxımdan ideal fürsətdir. Yəni “seçki” zamanı və ya sonrasında vəziyyət silahlı insidentə keçərsə, Bakının Xankəndiyə müdaxiləsi baş tuta bilər”.