“Milli kimlik Türk dünyasının gələcəyidir”
18 Sentyabr 22:26
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 Sentyabr 14:32
12 Sentyabr 2023 12:41
2 646
Rusiyanın yük maşının Ağdamdan keçərək Xankəndinə yetişməsi tilsimin qırılması baxımından başlanğıc sayıla bilər, ancaq bu azdır.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, bu yoldan sadəcə, Rusiyaya aid yük maşını keçib, bizim yüklər qalıb. İndi Ermənistan və Qarabağ separatçıları yenə dirənəcəklər ki, “bəs Ağdam-Xankəndi yolu açıldı, Laçın yolu da açılmalıdır”.
"Birincisi, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşdüyünü söyləmək tezdir. İkincisi, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Gömrük vergisi ödəmək üçün isə qonşu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bunların heç biri yoxdursa, Laçın yolu ilə bağlı tələsməyə ehtiyac yoxdur" - deyib politoloq.
Cavid
18 Sentyabr 19:56
833
18 Sentyabr 18:50
910
18 Sentyabr 17:33
980