

Ağdam -Xankəndi yolu ilə paralel olaraq Laçın yolunda NBM Qırmızı Xaç Komitəsinin Yük avtomobilləri maneəsiz hərəkəti təmin edilib. Bu, o demək deyil ki, Ermənistanın yükləri Laçın yolundan maneəsiz keçidinə icazə veriləcək.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Azərbaycanın Laçın NBM sərhəd -gömrük nəzarəti davam edəcək:
"Xankəndi -Agdam yolunun açılması buradan yüklərin göndərilməsi reinteqrasiya prosesinin tərkib hissəsidir. Azərbaycan "yumşaq güc" yolu ilə separatçılara təzyiqləri davam etdirməlidir. Qeyd edim ki, Azərbaycan dövlət nömrə nişanlı yük avtomobilləri Qızıl Aypara vasitəsilə yüklələri Xankəndinə göndərməlidir. Təkcə, Qırmızı Xaç vasitəsilə həyata keçirilməməlidir. Artıq Ermənistan və Qarabağdakı separatçıların "Humanitar böhran" şousu bununla fiaskoya uğradı.
Demək olar ki, Ermənistan silahlı qüvvələrinin hərbiçiləri də mülki geyimdə Qarabağı tərk edir. Təkcə, onlar deyil, Azərbaycanla birnci və ikinci Qarabağ müharibəsində döyüşənlər və vətəndaşlığı qəbul etməyənlərdə Qarabağı tərk edəcəklər.
Bununla da Azərbaycana qarşı ABŞ və Avropanın bəzi mərkəzlərinin siyasi ritorikasında "humanitar böhran" termininə son qoyuldu. Qarabağda silahlı erməni birləşmələri və ağır silahlarının çıxarılması istiqamətində təzyiqlər həyata keçirilməlidir. Tanklar və digər artilleriya qurğularının maneəsiz çıxışı yaxud Azərbaycana təhvil verilməlidir. Demək olar ki, Xankəndində Ermənistanin dəstəklədiyi və maddi təminatını həyata keçirdiyi silahli separatçıların heç bir perspektivi yoxdur.
Ermənistanın 30 illik işğal və anneksiya siyasəti onun hərbi məğlubiyyəti ilə yanaşı, Xankəndində Azərbaycanın de-yure nəzarətinin bərpası ilə nəticələnəcək. Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəldikdə isə, onların vəzifəsi azərbaycanlılarla ermənilər arasında təhlükəsizliyi təmin etməkdir. Rusiya da 2025-ci ildə bölgəni tərk etmiş olacaq
Cavid