
“İran Ermənistana yarınmaq istəyirsə, bunun başqa yolunu tapsın”
4 Oktyabr 21:53
4 Oktyabr 21:53
4 Oktyabr 18:02
Bu gecə Xocavənd rayonunda Avtomobil Yolları Xidmətinin 2, Daxili İşlər Nazirliyinin isə 4 əməkdaşının şəhid olmasıyla nəticələnən terror hadisəsi bir daha təsdiqlədi ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri sonuncu şəxsinədək məhv edilməyincə, nə işğaldan azad edilmiş ərazilərmizdə məskunlaşan, xidmət və tikinti-quruculuq işləri aparan insanlarımızın həyatı təhlükəsiz olacaq, nə də Paşinyan Ermənistanı bizimlə sülhə gələcək!
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
O, qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bölgədəki rus sülhməramlılarını xəbərdar etməklə, beynəlxalq səviyyədə himayə olunan bu terrorçu-separatçılara qarşı genişmiqyaslı anti-terror əməliyyatlarına başlamalı, Qarabağdakı dinc erməni əhalisini də Xankəndidəki cinayətkar rejimin girovluğundan azad etməlidir:
"ABŞ və Avropa İttifaqı hər şey edir ki, Azərbaycan anti-terror əməliyyatlarına başlamasın, bölgədəki separatçı rejim yaşasın.
Azərbaycan Qərbin bütün təhdid və təzyiqlərinə sinə gərməyə hazır olmalı, regionda yaranmış əlverişli geopolitik situasiyadan yararlanaraq, təxirəsalınmaz qisas əməliyyatlarına başlamalıdır.
"Qurani-Kərim" "Qisasda həyat var" deyərək, bizimlə savaşanlarla savaşmağı əmr edir...
Cinayətkara güzəşt daha böyük cinayətlərə yol açmaq deməkdir!"
Cavid