“Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilir” Siyasət

“Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilir”

“Əldə edilmiş faktoloji materiallardan, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmaqla hazırlanmış hesabatlar Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və bu siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ombudsman Səbinə Əliyeva qeyd edib. Səbinə Əliyeva əlavə edib ki, bu hesabatlar beynəlxalq səviyyədə Azərbaycanın maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir: Bu hesabatlarla yanaşı, tərəfimizdən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair daha bir hesabat, o cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videomaterial da hazırlanıb. Bu materiallar əlçatanlığın təmini məqsədilə təsisatın rəsmi internet saytında və sosial şəbəkə hesablarında yayımlanıb. Vurğulamaq istərdim ki, tərəfimizdən bu sahə üzrə məsələlər bundan sonra da araşdırılacaq və növbəti materiallar, hesabatlar hazırlanacaq”.