“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
20 Noyabr 2023 15:24
2 793
Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında Azərbaycana BMT rəsmisinin təşəkkür etməsi onu göstərir ki, Azərbaycan dövləti ilk növbədə Qoşulmama Hərəkatında çox vacib işlər görür, eyni zamanda, dünyanın böyük əksəriyyət ölkələrini təşkil edən bu təşkilat BMT-yə bərabər fəaliyyət yürüdür.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O qeyd edib ki, bunun da başında Azərbaycan dayanır. Azərbaycan bu konfransla öz təcrübəsini təşkilatın üzv ölkələri ilə bölüşür. Azərbaycanda mövcud olan qadınların müxtəlif sahələrdə səlahiyyətləndirilməsi faktları bir çox ölkələr üçün də örnək təşkil edir. Tədbirdə çıxış edən nümayəndə heyəti üzvlərinin də çıxışlarında Azərbaycana bu səylərinə görə təşəkkür etməsi bir daha onu göstərir ki, bu sahə onlar üçün də vacib və prioritet sahədir:
"Azərbaycan bir daha bir çox ölkələr üçün oynadığı rol baxımından vacib ölkə olduğunu sübut etmiş olur. Beynəlxalq aləmdə Azərbaycanın bu təşkilat ilə birgə fəaliyyətdə yürütdüyü siyasət öz nəticələrini verir. Azərbaycanın artan siyasi rolu fonunda ona lider ölkə kimi baxan ölkələrin sayı getdikcə artır".
Cavid
19 Sentyabr 18:41
1 225
19 Sentyabr 10:00
2 849
18 Sentyabr 19:56
1 211