Məmmədyarov və Nalbandyan həmsədrlərlə görüşəcək Siyasət

Məmmədyarov və Nalbandyan həmsədrlərlə görüşəcək

BMT Baş Assammbleyasının sentyabrda baş tutacaq sessiyasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Daşnaksyutun Partiyasının siyasi məsələlər üzrə ofisinin başçısı Kiro Manoyan bildirib.
Onun sözlərinə görə, görüşdə ATƏT-in Mİnsk Qrupunun həmsədləri də iştirak edəcək: "Bundan sonra müəyyən irəliləyişlər müşahidə etmək mümkün olar".
Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi ilə bağlı təklifinə gəlincə: " Bunu üçün münbit şərait olmalıdır. Öncə təmas xəttində gərginlik səngilməlidir".-deyə, Manoyan bildirib.