“Çox təəssüf ki, Ermənistanda əsirlikdə qalan insanlar var” Siyasət

“Çox təəssüf ki, Ermənistanda əsirlikdə qalan insanlar var”

Rövşən Rzayev: "Aidiyyatı qurumlar kifayət qədər işlərini düzgün qura bilmirlər"

"Çox təəssüflər olsun ki, Ermənistanda əsirlikdə qalan insanlar var və aidiyyatı qurumlar kifayət qədər işlərini düzgün qura bilmirlər". Bunu millət vəkili Rövşən Rzayev deyib. Deputatın sözlərinə görə, indi elə zaman deyil ki, bu problem öz həllini tapmasın: "Amma Ermənistana dəstək olan qüvvələr hesabına biz bu cür qanunsuz hərəkətləri ara-sıra eşidirik. Bizim üçün separatçı rejimdən düzgün hərəkət etdiklərini gözləmək çox çətindir. Hesab edirəm ki, dünya birliyi buna dəqiq qiymət verməlidir və bu işğalçı siyasətə son qoymalıdırlar. Beləcə insanlar da normal həyatlarını davam etdirməlidirlər. Əgər xarici turistlər Dağlıq Qarabağ ərazisində əsirlərin işlədilməsini görüblərsə onlar bütün dünya ictimaiyyətinə bu biabırçı halı çatdırmalıdırlar. Ümumiyyətlə bu günə qədər əsirlikdə olan insanlar və onların taleyi müəmmalıdır".