"Dünyada insanlar aidiyyatı üzrə əməkdaşlıq etməlidir. 50 ildən sonra enerji nəyə bənzəyəcək, buna baxmaq istərdim. Enerji ehtiyacı hiss edilən məsələlərin həllinə nəzər salın". Bu sözləri Nobel mükafatı laureatı, amerikalı fizik George Fitzgerald Smoot 5-ci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı deyib.
Gələcəkdə təbiətin rənglərinin "led" lampalarda görünəcəyini deyən Smoot, texnologiya üzrə smartdan intelekdə keçid aldığımızı diqqətə çatdırıb: "Bugünkü şəraitdə qismən də olsa, günəş enerjisindən istifadə etməyimiz mümkündür. Artıq dünyada getdikcə yerli enerjidən istifadə halları genişlənir. Yeni söhbət yerli resurslar hesabına əldə edilən enerjidən gedir. Əlimizdə böyük enerji plantasiyaları var ki, burada böyük enerji ve istilik hasil olunur. Paylaşma məsələsinə də toxunacam, Bakı buna bariz numunədir. Biz məişət işlərini enerjiyə dayalı etmək istəyirik. Nüvə enerjisi məsələsində Çin də çalışır, amma burada siyasi çətinliklər var. Biz elektrik enerjisinin idarə olunmasını nəzərdə tuturuq . Bu gün amerikan bazarına baxdığımızda son dövrdə elektrik avtomobillərinin necə inkişaf etdiyini görə bilirik. Paylaşmaq anlayışını "uber" tətbiqinə baxanda daha yaxşı anlamaq mümkündür. Gələcəkdə özü-özünü idarə edən avtomobillər yollarda olacaq və siz insanların avtomobili idarə etməsinə icazə verməyəcəksiniz. Gələcəkdə smartfonlara belə ehtiyac olmayacaq, çünki bu lazımsız olacaq, artıq virtual reallıq onları əvəz edəcək".