“Biz tolerantlığın əsgərlərinə, səfirlərinə çevrilməliyik“ Siyasət

“Biz tolerantlığın əsgərlərinə, səfirlərinə çevrilməliyik“

"Mən həmişə sizin ölkənin dostu olmuşam və bundan sonra da olacam. Azərbaycanın aparıcı siyasi xadimlərinə unikal dayanıqlığına görə təşəkkür edirəm". Bunu dünən V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamnı ABŞ-ın Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.
Onun sözlərinə görə, Azərbaycan multikultural dəyərlərə çox böyük önəm verir: "Biz bu ismarıclarımızı bütün dünyaya yaymaq istəyirik. Forumun açılışında iştirak edənlər çox cəsarətli idilər. Ötən gün çox maraqlı çıxışlar oldu. Hesab edirəm ki, KİV-in multikulturalizm dəyərlərinin təbliğatında rolu çox böyükdür. Amma bəzən onların səyləri məhdudlaşdırılır. Biz tolerantlığın əsgərlərinə, səfirlərinə çevrilməliyik. Biz gənclərin ürəyinə yol tapmalıyıq. Terrorçular informasiya yaymaq məqsədilə hər yola əl atırlar. Biz də bunu etməli, informasiyanın yayılmasının yollarını araşdırmalıyıq. İnternet vasitəsilə sərhədlər pozuldu. Biz bunu öz icmalarımıza çatdırmalıyıq".