Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır Siyasət

Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır

Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağını düşünmür, lakin problemin həllinə yardım etməkdə davam edəcək.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Mən deyərdim ki, biz bu münaqişənin həlli ilə bağlı böyük optimizmə qapılmırıq, ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik", - deyə Uşakov vurğulayıb.
Rusiya prezidentinin köməkçisi Moskvanın Ermənistanı silahla təchiz etməsinin səbəblərini də açıqlayıb.
O qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olduğundan tərəfdaşları ilə razılaşdırdığı silah növlərini tədarük etmək hüququ var.
"Burada heç kim üçün, o cümlədən azərbaycanlı tərəfdaşlarımız üçün gözlənilməz heç nə yoxdur. Bildiyiniz kimi Azərbaycana da silah tədarük olunur", - deyə o vurğulayıb.