“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
Avstraliya Baş naziri ölkənin BMT Təhlükəsizlik Şurasına daxil olmaq planlarını açıqlayıb
Çində tekstil fabrikində baş verən yanğında səkkiz nəfər həlak olub
Vaşinqton və Pekin süni intellekt üzrə yeni dialoq mexanizmi yaradır
İran hərbçiləri: ABŞ regionda yeni hərbi əməliyyatlara hazırlaşır
Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər həlak olub, 30 nəfər xəsarət alıb
26 Fevral 2024 14:27
2 611
Bizim hərəkat Yeni Kaledoniyanın fransız müstəmləkəçiliyindən azad olunması və müstəqilliyin əldə edilməsi uğrunda mübarizə aparır. Bu gün mən ilk dəfədir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirdə iştirak edirəm. Buna görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkürümü ifadə etmək istəyirəm. Bu qrup sayəsində Yeni Kaledoniya öz problemini Sakit okean regionunda beynəlmiləlləşdirə bilib. Qrupun fəaliyyətinin bundan sonra daha uğurlu olacağına inanıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) fəalı Robert Kurto söyləyib.
O deyib: “Bakı Təşəbbüs Qrupu tərəfindən İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans vasitəsilə biz ölkəmizlə yanaşı, Fransa müstəmləkəçiliyinə məruz qalan bir çox başqa ərazilərin də olduğunu öyrəndik. Bizim bu ölkələrlə mübarizəmiz eynidir. Bu kontekstdə bizim üçün yaratdıqları bu platformaya görə həm Azərbaycana, həm də Bakı Təşəbbüs Qrupuna bir daha minnətdarlığımı ifadə edirəm”.
20 Sentyabr 19:24
2 142
20 Sentyabr 12:05
980
20 Sentyabr 12:05
938