“Daha yaxşısına nail ola bilərik” Siyasət

“Daha yaxşısına nail ola bilərik”

Səfir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər göstərir"

"ABŞ və Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir".
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb: "Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibət istəyirik və düşünürük ki, daha yaxşısına nail ola bilərik".
Robert Sekuta açıqlamasında ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməz qaldığını da deyib.
O bildirib ki ABŞ həmsədrlər, Azərbaycan və Ermənistanla birlikdə çalışaraq, uzun müddətdir, davam edən münaqişənin həllinə səylər göstərir: "Bu səylərin göstərici olaraq sabah amerikalı həmsədr Uorlik, o cümlədən digər vasitəçilər Azərbaycana gəlirlər. Məqsəd münaqişənin həllinə təkan verməkdir. Azərbaycan prezidenti son vaxtlar Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli olduğu barədə bəyanatlar verir. Mən bu bəyanatlar barədə rəsmi Vaşinqtona məlumatlar çatdırmışam".