“KTMT-də olan müttəfiqlərlə hər hansı bir koalisiyanın yaradılmasından danışmaq belə mümkün deyil” Siyasət

“KTMT-də olan müttəfiqlərlə hər hansı bir koalisiyanın yaradılmasından danışmaq belə mümkün deyil”

Aleksandr Perenceyev: "Bütün mürəkkəb hərbi-siyasi məsələlərdə onlar açıq şəkildə iştirakdan yayınırlar"


"Rusiyadan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) digər üzvləri bu quruma öz milli təhlükəsizliklərini təmin etmək üçün xərcləri minimuma endirmək məqsədilə daxil olublar". Bunu hərbi ekspert Aleksandr Perenceyev deyib. Onun sözlərinə görə, əslində üzv dövlətlərin bir niyyəti var - Moskva onların hərbi təhlükəsizliyini təmin etməlidir, güzəştli şərtlərlə yeni növ silahlar verməlidir. Müttəfiqlər güzəştlər tələb edirlər, lakin qlobal miqyasında Rusiya ilə birgə işləməyə hazır deyillər. Politoloqa görə, Rusiyanın dəstəyə ehtiyacı olanda həmin ölkələr hər hansı həmrəylik nümayiş etdirməkdən çəkinirlər: "Nümunə olaraq Suriyadakı hərbi əməliyyatları göstərmək olar. KTMT-də olan müttəfiqlərlə hər hansı bir koalisiyanın yaradılmasından danışmaq belə mümkün deyil. Bütün mürəkkəb hərbi-siyasi məsələlərdə onlar açıq şəkildə iştirakdan yayınırlar. Qorxurlar ki, Rusiya ilə çox yaxınlaşma ABŞ-la ziddiyyətlərə səbəb ola bilər. Bu isə onlara lazım deyil və ABŞ-a, NATO-ya loyal olduqlarını göstərməyə çalışırlar". A.Perenciyev əlavə edib ki, Rusiyanın çətin maliyyə vəziyyətində olmasına baxmayaraq, öz müttəfiqlərinə hərbi və digər sahələrdə kömək göstərməkdə davam edir: "Əminəm ki, bu ölkələrin milli təhlükəsizliyinin təmin olumasına Rusiya qədər heç kim kömək edə bilməz. İndi KTMT bir sıra sınaqlarla üzləşib: Dağlıq Qarabağdakı vəziyyət, Suriyada müharibə, Rusiyaya qarşı hibrid müharibəsi. KTMT-nin məruz qaldığı bu problemlər açıq şəkildə göstərir ki, bu təşkilat sistemli böhran yaşayır: Lakin bütün problemlərə baxmayaraq KTMT öz mövcudluğunu davam etdirəcək, hətta qurumda yeni iştirakçını da görə bilərik".