“Radikallar müxalifətçiliyi söyüş söyməkdə, qarayaxmada, hər kəsi şərləməkdə, təhqir etməkdə görürlər” Siyasət

“Radikallar müxalifətçiliyi söyüş söyməkdə, qarayaxmada, hər kəsi şərləməkdə, təhqir etməkdə görürlər”

Fərəc Quliyev: "İndiyə qədər bircə proqram, təklif, layihə ortaya qoya bilməyiblər"

"Radikal müxalifətçilər özlərinə hər cür ad qoya bilərlər. Görünür, bunlar çox geridə qalıblar. Radikal partiyalar xarici dövlətlərin sifarişlərini yerinə yetirirlərsə, onlar "ana müxalifət" yox, sadəcə separatçılardılar. Konkret olaraq, AXCP və "Milli şura"da təmsil olunanlar separatçılardılar. Bunun başqa adı yoxdur. Xarici dövlətlərin sifarişlərini burada yerinə yetirirlər. Mən o təsnifatı çoxdan yaddan çıxarmışam. Nə bilim "ana müxalifət", "bala müxalifət". Bütün bunlar mənasız iddiardır". Bu fikirləri millət vəkili Fərəc Quliyev bildirib.
Radikal müxalifət partiyalarının özlərini "ana müxalifət" adlandırmasına, digər partiyaları müxalifət partiyaları kimi qəbul etməməsinə münasibət bildirən F.Quliyev qeyd edib ki, bu gün özlərinə "ana müxalifət" deyənlər müxalifətçiliyi söyüş söyməkdə, qarayaxmada, hər kəsi şərləməkdə, təhqir etməkdə görənlərdirlər: "İndiyə qədər bircə proqram, təklif, layihə ortaya qoya bilməyiblər. Biz də müxalifət partiyasıyıq. Amma ağa ağ, qaraya qara demişik. Tənqidi də normal şəkildə etmişik. Moskvada Cərrahiyyə institunun zalında hazırlanmış qurumlar, adamlar ölkəmizdə heç bir normal müxalifətçilik fəaliyyəti qura bilməzlər. Ağıla, təkliflərə üstünlük vermək lazımdır, boş, mənasız təxribatçı addımlar atmaq düzgün deyil. Radikallar problemlərin həll olunması üçün tənqid etmirlər, daha çox şəxsləri təhqir edirlər".