​​​​​​​İdarə rəisi: Elektronlaşma ilə bağlı icraatların hazırlanmasında beynəlxalq təcrübəyə istinad edilir Siyasət

​​​​​​​İdarə rəisi: Elektronlaşma ilə bağlı icraatların hazırlanmasında beynəlxalq təcrübəyə istinad edilir

“Rəqəmsanlaşma və elektronlaşma ilə bağlı layihənin təqdim edilməsi birbaşa Azərbaycan Prezidentinin göstərdiyi dəstək nəticəsində mümkün olub”.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

İdarə rəisi bildirib ki, prokurorluq orqanları rəqəmsanlaşma və elektronlaşma ilə bağlı icraatların hazırlanması zamanı beynəlxalq təcrübəyə istinad edir: “Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti olduğuna görə, layihənin hazırlanması zamanı dünya prokurorluqları ilə əlaqə saxladıq, onların da təcrübəsi ilə maraqlandıq. Hazırda təqdim olunan proqram da sırf Azərbaycanda sıfırdan yazılıb. Şadıq ki, artıq layihə böyük rəğbətlə qarşılandı".