Brüssel görüşü qarşı tərəfi xeyli həvəsləndirdi Siyasət

Brüssel görüşü qarşı tərəfi xeyli həvəsləndirdi

Ermənistanın Azərbaycan sərhəd qoşunlarının hərbiçisinə atəş açan hərbiçiyə cinayət işi açması sözsüz ki, qarşı tərəfin Azərbaycan ordusunun cavab tədbirlərindən qoxmasının nəticəsidir. Ermənistan tərəfi də yaxşı bilir ki, ordumuzun cavab tədbirləri çox sərt olacaqdı. Buna görə vəziyyəti önləmək üçün addımlar atdılar.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, bu ölkəmizin qələbəsidir. Azərbaycanın bu kimi hadisələrə necə reaksiya verdiyi məlumdur:

"Hazırda ölkəmiz Ermənistan tərəfindən istintaq araşdırmasının necə gedəcəyini gözləyəcək. Bu insident sərhəddə son 6 ayda baş verən ilk hadisədir. Ancaq bu kimi hadisələrin baş verməsi gözlənilən idi. Son zamanlar biz müxtəlif ölkədən Ermənistana dəstək göstərilməsinin şahidi oluruq. Eyni zamanda Brüssel görüşü qarşı tərəfi xeyli həvəsləndirdi. Azərbaycanla sərhəddə müəyyən hərəkətliliklərin şahidi olurduq. Bu kimi hallar Azərbaycanın səbr kasasını daşırır. Dövlətimiz dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, hansısa təxribata cəhd olarsa Ermənistanın cavabı dərhal veriləcək. Son 6 ay ərzində şərti sərhəddə nisbi sakitlik hökm sürürdü. Ancaq baş verənlər insidentlərə fikir verdikdə aydın görünür ki, bunlar məhz Fransanın təhriki ilə baş verib. Buradan bu nəticə çıxır ki, Azərbaycan - Ermənistan münasibətlərinə müdaxilə edən olmasa bu münasibətlər müsbətə doğru dəyişər. Ermənistan da bunu nəzərə almalıdır. Bölgədə sülh və qarşılıqlı əməkdaşlıq mühitinin yaradılması ən çox Ermənistana sərf edir".

Cavid