“Ermənistandakı radikal qüvvələr üçün Türkiyə əbədi düşməndir” Siyasət

“Ermənistandakı radikal qüvvələr üçün Türkiyə əbədi düşməndir”

“Ermənistandakı radikal qüvvələr üçün isə Türkiyə əbədi düşməndir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib: “Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırıım” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan “siyahı” mövzusunun müzakirəsinin ermənilər üçün zərərli olduğunu vurğulayıb. “Bu mövzunun müzakirəsini dayandırmaq lazımdır” deyən Marukyan Türkiyənin tələsinə düşəcəkləri barədə xəbərdarlıq edib. Marukyan bu mövzunun müzakirəsinin həm də ona görə əleyhinədir ki, 30-a yaxın dövlət “erməni soyqırımını” tanıyıb. Yəni Marukyan demək istəyib ki, “soyqırımla” bağlı müzakirələr Ermənistanda genişlənərsə, bu “erməni soyqırımını” tanıyan dövlətləri də pis vəziyyətə salacaq. Türkiyənin yeni arqumenti bu ola bilər: “Ermənistanda son müzakirələr də göstərir ki, soyqırımla bağlı heç erməni cəmiyyətində yekdil fikir yoxdur, öldürüldükləri iddia etdikləri barədə məlumatları yoxdur, çünki olmayan hadisəni reallıq kimi qələmə verməyə çalışırlar”.