“Putin dünyaya meydan oxuyur” Siyasət

“Putin dünyaya meydan oxuyur”

Üzeyir Cəfərov: "Onun danışığından belə çıxır ki, Rusiya istədiyi yerə müdaxilə edə bilər"

Rusiya Baltik dənizində aktivləşib. Rusiyanın bu aktivliyi həm NATO-nu, həm də Baltikyanı ölkələri narahat edir. Məsələ ilə bağlı Litva XİN-nin rəhbəri Linas Linkyaviçyus deyib ki, Rusiya böyük dövlət deyil və ciddi problem yaradır. Biz hər an Rusiyanın hərbi müdaxiləsinə qarşı hazır olmalıyıq. Rusiyanın son dövrdə fəallığı və xarici hərbi siyasəti ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov danışıb: "Putin bildirdi ki, Rusiyanın sərhədləri yoxdur. Onun danışığından belə çıxır ki, Rusiya istədiyi yerə müdaxilə edə bilər. Putin dünyaya meydan oxuyur. Litvanın xarici işlər nazirinin və NATO-nun narahatçılığı əbəs yerə deyil.
Rəsmi Moskva Rusiya müdafiə nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin sabiq rəisi, general-polkovnik Leonid İvaşovun vasitəsilə Türkiyəyə bildirdi ki, rəsmi Ankara Rusiya ilə hərbi əməkdaşlıq etmək istəyirsə, NATO sıralarından çıxmalıdır. Rusların müəyyən hədəfləri var və bu məqsədə doğru irəlləyirlər. NATO-nun Baltikyanı dövlətlərdə olmasına baxmayaraq, Rusiya Baltikyanı və Skandinaviya ölkələri üçün təhlükə mənbəyi olaraq qalıb. Rusiyanın nüvə silahı ilə həm təhdid edir, həm də hədə-qorxu gəlir. Dünya hegomonluğu iddiasında olan Rusiyaya qarşı çox ciddi ölçülər götürməlidir. Baltikyanı ölkələrin Rusiya barədə narahatçılığı başadüşüləndir. Rusiya Kalininqrada "İsgəndər M" tipli raketlərini məqsədli şəkildə yerləşdirməyib. Putinin məqsədi dünyaya meydan oxumaq, qorxu altında saxlamaqdır. Əgər biz Rusiayaya görə Dağlıq Qarabağ problemindən əziyyət çəkiriksə, bütün dünya Rusiyadan görün nələr çəkir. Rəsmi Moskva xarici siyasətində dəyişikliklər etməsə, Rusiyanı heç də xoş olmayan perspektivlər gözləyir".