“Gizli qarant alanların müraciətini nəzərə alıblar” Siyasət

“Gizli qarant alanların müraciətini nəzərə alıblar”

“ABŞ-ın sərt təsir (Hard Impact) donoru olan NED (The National Endowment for Democracy) bəzi ölkələrə verdiyi qarnatlar barədə yalnız ümumi məlumatı dərc edirdi. 2013-cü ildən Azərbaycan 3-cü ölkələr vasitəsi ilə maliyyələşmə sxeminə keçirildikdən sonra Azərbaycana verilən qarnatların istiqamətləri (adları, amma bəzən adları qəsədn ümumi yazıb iz itiridilər) açıqlanırdı. Axırıcı dəfə 2022-ci il göstəriciləri açıqlandı. Amma sonradan silindi və artıq heç bir ölkə üzrə açıqlama verilmir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru Sahib Məmmədov deyib. O, “görünür gizli qarant alanların müraciətini nəzərə alıblar”,- deyə bildirib: “Tam gizli saxlamaq üçün. Amma gizli saxlamaq da mümkün deyil. Onsuz da fəaliyyətdən bilinir ki, kim nə edir və hansı donorun maliyyəsi ilə.
Sadəcə hakimiyyət orqanları ilə yaxşı əməkdaşlıq edib arxada xarici donorların sifarişini yerinə yetirənləri müəyyən etmək biz qədər çətindir. Amma onları da tapmaq asandır. Onlar əsasən satillit təşkilatları və sıx əməkdaşlıq etdikləri (qara əməkdaşlıq da demək olar) QHT-lər və ya media orqanları vasitəsi ilə alırlar. Özləri icra prosesində görünmür, amma himayə edirlər”.