“Paşinyan bu məntiqlə Avropa İttifaqına daxil olmağı hədəfləyir” Siyasət

“Paşinyan bu məntiqlə Avropa İttifaqına daxil olmağı hədəfləyir”

“Ermənistan hökuməti iddia edir ki, onlrın siyasəti nəticəsində siyasəti Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesindən kənarda qalıb, Rusiya çox arzuladığı “Zəngəzur dəhlizi”ni əldə edə bilmədi, İrəva Bakıyla arasında davam edən danışıqlar prosesində tək iştirak etdi”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O, diqqətə çatdırıb ki, üstəlik, Ermənistan hökuməti KTMT-dən çıxmaq anına yaxınlaşır və yəqin ki, tezliklə belə bir qərar veriləcək: “Bu yaxınlarda Nikol Paşinyan Rusiya və Belarusu Ermənistana qarşı müharibəyə hazırlıqda iştirak etməkdə ittiham edib. Paşinyan bu məntiqlə Avropa İttifaqına daxil olmağı hədəfləyir və bu məsələ ilə bağlı tezliklə referendumun keçiriləcəyi istisna deyil, hətta o dərəcədə qərarlı da görünür”.