“Ermənistanda siyasi hakimiyyət dəyişərsə...” Siyasət

“Ermənistanda siyasi hakimiyyət dəyişərsə...”

“Ermənistanın baş naziri bəyan edir ki, yaxın zamanlarda sülh müqaviləsi imzalana bilər. Ancaq belə bir bəyanat verməklə yanaşı konstitusiyada hər hansı düzəlişlər etməyəcəyinin də anonsunu verir”. Xalqcəbhəsi.az xəbər verir ki, xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elman Nəsirov deyib. O, diqqətə çatdırıb ki, əslində bununla sülh müqaviləsi imzalamağa hazır olmadıqlarını göstərir: “Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, sülh müqaviləsi üçün ilk növbədə Ermənistan konstitusiyasında dəyişiklik olmalıdır. Bu anlaşılandır. Çünki Ermənistanda siyasi hakimiyyət dəyişərsə o Paşinyanın imzasından imtina edəcək. Konstitusiya məhkəməsinə müraciət edib, imzalanmış müqaviləni qanunsuz hesab edəcək. Buna görə də, hazırda sülh prosesi ilə bağlı yeni vəziyyət yaranıb”.