Prezident: Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq
Prezident İlham Əliyev: Bizim xarici borcumuz çox aşağı səviyyədədir
Prezident xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb
Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
29 İyul 2024 13:03
8 519
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin, partiya sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlının, partiyanın gənclərlə iş şöbəsinin müdiri Günel Məmmədovanın deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə partiyanın baş katibi Yaşar Kələntərli məlumat verib.
Yaşar Kələntərli həmçinin bildirib ki, Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı, Elçin Mirzəbəylinin 90 saylı Ağsu, Niyaməddin Orduxanlının 50 saylı Abşeron 3-cü, Günel Məmmədovanın isə 109 saylı Qazax seçki dairəsindən irəli sürülüb.
Məlumatda həmçinin diqqətə çatdırılır ki, digər namizədlərin imzatoplama kampaniyası yekunlaşmaq üzrədir.