6 Noyabr 17:56
6 Noyabr 16:50
12 Avqust 2024 14:42
2 695
“İsrailin “Kan” dövlət teleradio şirkəti xəbər yayıb ki, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib. O, bildirib ki, İran-İsrail gərginliyi fonunda bu çağırış diqqət çəksə də, doğru deyil: “Məsələ ondadır ki, İsrailin Azərbaycanda hərbi kontingenti yoxdur. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində başqa dövlətin hərbi bazası və ya kontingenti fəaliyyət göstərə bilməz. Digər tərəfdən, bu gün Azərbaycan ərazisində işğal və ya qeyri-müəyyən vəziyyətdə də yoxdur ki, hər hansı sülhməramlı kontingent fəaliyyət göstərsin”.
6 Noyabr 20:23
1 120
6 Noyabr 18:04
1 281
6 Noyabr 18:01
1 274