22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
5 Oktyabr 2024 19:57
4 424
"Qərbi Azərbaycan İcması Fransanın Azərbaycanın imicini ləkələmək məqsədilə COP29-un keçirilməsinə az qalmış daha da gücləndirdiyi əbəs səyləri qınayır.
Düçar olduğu uğursuzluqlardan getdikcə daha da ümidsizləşən Fransa ucuz təxribatlara əl atmaqdadır". Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda həmçinin bildirilir: "Son olaraq, Bordo şəhərinin merinin müavini Loran Qiyominin COP29-a qatılmaq bəhanəsi ilə elektrik velosipedi ilə Avropa səyahəti şousu belə bir təxribat nümunəsidir. Bu, ötən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamıdır. Fransanın bu cür dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu cür ucuz şoulara inanmamağa və Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışların həllində önəmli rol oynadığı bir dövrdə ölkəmizə dəstək verməyə çağırır".
22 Dekabr 21:39
875
22 Dekabr 20:49
910
22 Dekabr 19:01
980