“Fransadan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addım gözləmirik” Siyasət

“Fransadan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addım gözləmirik”

"Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, onlardan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət addım gözləmirik. Fransa prezidenti Fransua Ollandın erməni icması ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi sərsəm fikirlər isə seçkilərdə təmsil etdiyi partiyanın orada olan ermənilər tərəfindən dəstək almasını təmin etmək məqsədi güdür". Bunu millət vəkili Azər Badamov deyib.
O qeyd edib ki, F.Olland erməni lobbisinin təsiri atındadır: "F.Ollandın səsləndirdiyi fikirilər Minsk Qrupunun həmsədri olan ölkənin başçısına yaraşmır. Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyır. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğalda olan torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında qətnamələri var. F.Ollandın səsləndiriyi fikirlər təxribat xarakterlidir. O, seçki yaxınlaşdıqca partiyasının siyasi meydanda ermənilərdən dəstək ala bilməsi üçün belə üsullardan istifadə edir".