Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
“Ölkəmizdə BMT-nin ən böyük tədbiri olan COP tədbiri başlayıb. Azərbaycan İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir”. Bunu xalqcebhesi.az-a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.
O əlavə edib ki, çox sayda dövlət və hökumət başçıları sabah Liderlər Sammitində iştirak edəcək: “Hazırda Konvensiyaya üzv olan 198 ölkənin hər birindən nümayəndələr təmsil olunur. Bunlar tərəf dövlətlər adlandırılır, eyni zamanda, böyük bir media mərkəzi qurulub və burada Azərbaycanın öndə gedən media şirkətləri ilə yanaşı, 3 mindən çox media nümayəndəsi qeydiyyatdan keçib”.
P.Vəliyeva Milli Məclisin üzvləri olaraq bu gün bir tədbirdə iştirak etdiklərini diqqətə çatdırıb: "Parlamentarilərin qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə şəbəkəsinin tədbirində azərbaycanlı millət vəkillərindən Fariz İsmayılzadə və mən iştirak etdim. Burada Nigeriyadan, Birləşmiş Krallıqdan, Zambiyadan, Zimbabvedən parlamentarilər iştirak etdilər. Biz onların suallarını cavablandırdıq və COP29 sədrliyinin öz mandatından çıxış edərək moderator rolunu oynadığını, müvəffəqiyyətlə bu rolu həyata keçirdiyini, eyni zamanda, bunun maliyyə COP-u olduğunu və maliyyənin miqdarının da artırılacağının gözlənildiyini bildirdik”.
Röya İsrafilova