Siyarto Budapeştin Rusiya və ABŞ arasında görüşə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib
Gürcüstan hakimiyyəti, Saakaşvilinin partiyasının qadağan edilməsini tələb edib
Orban ABŞ-da Trampla Macarıstanın enerji təhlükəsizliyini müzakirə edəcək
Prezident İlham Əliyev Cəbrayıl şəhər məscidinin təməlini qoyub
29 Dekabr 2024 18:56
3 668
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.
Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.