İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
10 Yanvar 2025 09:56
2 688
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib. 2025 və 2026-cı illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 3% səviyyəsində proqnozlaşdırılıb.
Başqa sözlə, 2024-cü il üzrə iqtisadi artım BMT-nin əvvəlki proqnozu 2% bəndi üstələyib. Həmçinin, BMT 2025-ci il üzrə iqtisadi artım proqnozunu 0,2% bəndi artırıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.
25 Mart 17:31
1 302
25 Mart 15:12
1 379
25 Mart 15:01
1 295