Türkiyənin müdafiə naziri Naxçıvana gəlir Siyasət

Türkiyənin müdafiə naziri Naxçıvana gəlir

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bu gün Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində qonağın Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək.