“Qaçıb gedən ermənilərin 573 nəfəri hələ də geri dönmək istəmir” Siyasət

“Qaçıb gedən ermənilərin 573 nəfəri hələ də geri dönmək istəmir”

Sahib Alıyev: "Bir daha o anları yaşamaq istəmirlər və qorxurlar"

"Cəbhəyə yaxın kəndlərdən qaçıb gedən ermənilərin 573 nəfəri hələ də geri dönmək istəmir". Bu sözləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, 573 adam Dağlıq Qarabağda yaşayan ermənilərin təqribən bir faizi deməkdir: "Nədən Lələ Təpə alınar-alınmaz azərbaycanlılar Cocuq Mərcanlıya qayıtmağa başladıqları halda, ermənilər öz kəndlərinə dönmək istəmirlər? Çünki reallığı gördülər. Həmin döyüşləri gördülər, bir daha o anları yaşamaq istəmirlər və qorxurlar. Bu onlara bir dərs olub. Təssüf ki, ancaq onlara... Əgər Ermənistan rəhbərliyi də bundan dərs çıxarmış olsaydı, indi danışıqlar gedirdi. Dağlıq Qarabağ ermənilərinin həmin o bir faizi Ermənistandakı hərbi xuntanın işğalçılıq siyasətinin qurbanı, yerdə qalan 99 faizi isə girovlarıdır. O bir faiz gedən yollara boylanıb baxan və bəlkə də hardasa onlara həsəd aparan girovlardır. Çünki savaş başlasa, aprel döyüşlərini 99 faiz kölgədə qoyacağını oradakı 99 faiz yaxşı anlayır".