“Azərbaycan bu müharibəyə çox yaxşı hazırlaşıb” Siyasət

“Azərbaycan bu müharibəyə çox yaxşı hazırlaşıb”

"Azərbaycanla müharibə dağlar arxasında deyil: o bir neçə ay, yaxud da bir il sonra da başlaya bilər. Müharibədən yaxa qurtarmaq mümkünlüyü istisnadır". Bu barədə erməni politoloqu Ayk Martirosyan Dağlıq Qarabağ və ətraf rayonlarda cərəyan edən hadisələri şərh edərkən deyib. Martorosyan onu da qeyd edib ki, Azərbaycan bu müharibəyə çox yaxşı hazırlaşıb: "Ermənistanda, yaxud dünyada münaqişənin qarşısını ala biləcək mütəxəssislərin qaldığını deyə blməsəm də, bildiyim budur ki, hər şey mühabaribəyə doğru gedir və Azərbaycan bu müharibəyə çox yaxşı hazırlaşır". Erməni politoloqu hələ bir neçə il bundan öncə proqnozlar verdiyini deyərək, nəticədə Aprel müharibəsinin baş verdiyini xatırladıb. Azərbaycan Ordusunun bu müharibəni test kimi istifadə etdiyini deyən Ayk Martirosyana görə, bir çox məqamlar baxımından Azərbaycan tərəfi bu testi keçdi və öz strategiyası, eləcə də texniki təkmilləşməsində öz yanaşmalarını etmiş oldu: "İnsanlar müharibəyə hazırlaşır. Azərbaycan tərəfi açıq şəkildə bu haqda bəyanatlar verir, Ermənistan rəhbərliyi də eynilə". Politoloq Azərbaycanın münaqişənin sülh yolu ilə həll olunmasında elə də maraqlı olmadığını deyərək sual edib ki, nəyə görə erməni tərəfi hələ də danışıqları davam etdirir?. SİTAT: "Mən bilmirəm. Daha dəqiqi isə bilirəm, ancaq bu, kədərli bir vəziyyətdir. Ona görə ki, əgər hər hansısa bir hal özü-özünə irəliləyirsə yaxud ikinci dərəcəli, ya da üçüncü dərəcəli subyektiv hədəfə çevrilirsə, bu zaman o müsbət şəkildə qiymətləndirilə bilməz. Halbuki, Ermənistanın ali rəhbərliyi artıq etiraf edir ki, müharibyə hazırlaşır".
"Təəssüf ki, Ermənistan ictimaiyyəti sanki yarıyuxulu vəziyyətə düşüb"-deyə qeyd edən erməni politoloqu ictimaiyyəti də bu məsələdə qınayıb: "Aprel keçdi və insanlar elə sanırlar ki, hər şey necə var elə də qalacaq. Hər kəs öz işi ilə məşğuldur, ancaq müharibə heç də uzaqda deyil, o hər an başlaya bilər və mən bunu istisna etmirəm".