“Aİ münaqişənin həlli prosesini diqqətlə izləyir“ Siyasət
"Mən Dağlıq Qarabağ məsələsinin nə dərəcədə həssas olduğunu anlayıram".
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.
O, Aİ-nın bu məsələ ilə birbaşa məşğul olmadığını bildirib, bununla belə, qurumun məsələni çox diqqətlə izlədiyini vurğulayıb.
"Həm yerlərdə, həm də beynəlxalq platformada bu münaqişənin həlli prosesini diqqətdə saxlayırıq. Münaqişənin həlli istiqamətində format fəaliyyət göstərir. Nyu-Yorkda siyasi səviyyədə görüş gözlənilir. Biz bunları izləyirik. Azərbaycanla imzalanacaq yeni saziş çərçivəsində, o cümlədən Şərq Tərəfdaşlığı sammiti öncəsi bütün bunlar diqqətimizdədir", - deyə o bildirib.