“Münaqişələrin həlli üçün Rusiya ilə işləmək vacibdir“ Siyasət

“Münaqişələrin həlli üçün Rusiya ilə işləmək vacibdir“

Dünən Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü keçirilib.
Görüş zamanı Sergey Lavrov ATƏT-in yeni baş katibinin fəaliyyət planları ilə tanış olduğunu və bunu alqışladıqlarını söyləyib.
Rusiya XİN başçısı ATƏT-in Avropa məkanındakı münaqişələrlə bağlı operativ qərarların qəbul olunmasında, bütün problemlərin nizamlanması üçün ciddi potensialının olduğunu bildirib: "Bu potensialdan ilk növbədə Ukraynadakı münaqişədə, eləcə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasında istifadə etmək vacibdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu həmsədrləri məşğul olur".
Lavrov bildirib ki, görüşdə Avropa məkanındakı münaqişələrin nizamlanması yollarını ətrafında geniş müzakirələr aparıblar: "İlk növbədə, Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etdik. ATƏT missiyasının bu münaqişənin nizamlanmasında fəaliyyətini dəstəkləyirik".
Rusiya XİN başçısı ATƏT-in Dnestrayanı və Balkanlardakı münaqişələrin həllində daha aktiv işləməsini istədiklərini bildirib.
Tomas Qreminger də görüşün əsas mövzularından birinin ATƏTməkanında mövcud münaqişələrin həlli olduğunu söyləyib: "ATƏT-də belə fikir var var ki, uzun müddətdir, davam edən bu münaqişələrin həlli üçün səyləri gücləndirmək lazımdır. Bunun üçün də Rusiya ilə işləmək vacibdir".