“Ermənistan nə qədər ki, işğalçı siyasətini həyata keçirəcək…” Siyasət

“Ermənistan nə qədər ki, işğalçı siyasətini həyata keçirəcək…”

Rövşən Rzayev: "Bir o qədər də bütün iqtisadi layihələrdən kənarda qalacaq"

"Tehranda keçirilən Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü mühüm əhəmiyyətə malik idi". Bunu millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, bu görüş Rusiya və İran prezidentinin regional münasibətlərin inkişafının daha da genişləndirilməsinə və müəyyən siyasi, iqtisadi məsələlərin həllinə yönəlmiş bir görüş idi: "Bir sözlə bu Azərbaycan üçün çox vacib olan bir amil idi. Ermənistanın isə bura heç bir aidiyyatı yoxdur. Ermənistan nə qədər ki, işğalçı siyasətini həyata keçirəcək bir o qədər də bütün iqtisadi layihələrdən kənarda qalacaq. Artıq 25 ildir vəziyyət bu yerdədir. Rəsmi İrəvan hakimiyyəti başqa siyasi mövqe tutandan sonra isə bütün münasibətlər təbii ki, öz həllini tapacaq".
Qeyd edək ki, noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin birgə görüşü keçirilimişdi.
Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.