Dodon: "Moldova hakimiyyəti Rusiya ilə dialoqa başlamalıdır"
Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək
“Neftin bundan daha yüksək qiymətə qalxmasının ehtimalı azdır”
Merz: Almaniya Hörmüz boğazında missiyaya qoşulmağa hazırdır
13:18
623
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbir keçirilib.
APA xəbər verir ki, tədbir çərçivəsində BMTM-in mütəxəssisləri, deputatlar və ekspertlər tərəfindən Cənubi Qafqazda mövcud geosiyasi proseslər, regional təhlükəsizlik mühiti və sülh gündəliyinin perspektivləri müzakirə edilib.
BMTM-nin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın Ermənistanda konstitusiya ilə bağlı referendumun keçirilməsi tələbinin dəyişməz qaldığını vurğulayıb.
Digər çıxışçılar da Ermənistanda Azərbaycanla sülhə doğru müsbət tendensiyanın olduğunu bildiriblər, eyni zamanda konstitusiya ilə bağlı referendumun keçirilməsinin vacibliyinə diqqət çəkiblər.
Tədbirdə ümumilikdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar müzakirə olunub, Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyi təhlil edilib, gənc tədqiqatçıların elmi və analitik fəaliyyəti təşviq edilib, akademik ictimaiyyət, ekspertlər və qərarvericilər arasında fikir mübadiləsinin genişləndirilməsinin əhəmiyyəri qeyd olunub.
Tədbirdə BMTM-nin təşkil etdiyi “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb və onların tədqiqat nəticələri ictimaiyyətə təqdim olunub.





