“Rusiyanın yanaşması dəyişməyib“ Siyasət

“Rusiyanın yanaşması dəyişməyib“

"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi birifinqdə bildirib.
Erməni jurnalistin "Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodinin Bakıda keçirdiyi görüşdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe sərgiləməsi ilə bağlı bəyanatı Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqe tutması anlamına gəlirmi" sualına cavabında Rusiya XİN sözçüsü Rusiyanın bu münaqişənin həllinə baza yanaşmasının dəyişməz olduğunu söyləyib.
Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdan gələn görüşünə münasibət bildirib.
O, Rusiyanın nazirlərin gözlənilən görüşündən effektiv nəticələr gözlədiyini söyləyib: "Əgər bu görüş razılaşdırılsa, baş tutsa, o zaman biz həqiqətən də effektiv nəticələr və yaxşı atmosfer arzulayırıq".