“Cəbhə boyu artilleriya qurğularını görəndə də biz azdığımızı anladıq” Siyasət
Bir müddət öncə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində mobil operatorun qondarma rejimin inhisarında olması işğal altındakı torpaqlara yerləşdirilən ermənilər tərəfindən narazılığa səbəb olmuşdu. Söhbət "Qarabağ-Telekom" mobil operatorundan gedir. Etirazlardan sonra qondarma rejim mobil bazarının şaxələndirilməsi haqqında qərar qəbul etdi.
Rusiyanın "CNews" informasiya-texnologiya saytının müxbiri Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkərək, mobil bazarla bağlı vəziyyəti öyrənib.
Qeyd edək ki, saytın müxbiri Qarabağa Azərbaycanın rəsmi icazəsi olmadan Ermənistan ərazisindən gedib.
Saytın müxbiri yazır ki, o, İrəvanda aeroportdan düşəndə yeni SİM kart alıb.
"Aeroportda SİM kartı pasportsuz almaq mümkündür. Lakin hava limanından çıxandan sonra onu pasportla 2,5 min drama (323 rus rublu) ala bilərsiniz. Hətta pulu rus rublu ilə də ödəyə bilərsiniz. SİM kartlar "Veon Ermənistan" operatoruna məxsusdur. Ticarət markası "Beeline"dir. Bu marka Rusiyanın "Vımpelkom" şirkəti ilə birlikdə "Veon" qrupuna daxildir", - deyə reportajda bildirilir.
Reportajın müəllifi daha sonra işğal altındakı Dağlıq Qarabağa gəlib. O, yazır ki, Qarabağda mobil əlaqə ilə problemlər başlandı: "Rusiya SİM kartı işləmədi. Sonra məlum oldu ki, "Qarabağ-Telekom"da Rusiya rominqi var, lakin yalnız "Meqafon"la işləyir. Maraqlıdır ki, "Meqafon"un saytında rominq bölməsinə "Dağlıq Qarabağ" axtarışı verəndə bura Azərbaycanın ərazisi kimi göstərilir. Ermənistanın operatorlarının da Dağlıq Qarabağda rominqi var, lakin tariflər üç dəfə bahadır".
Rusiyalı müxbir "Qarabağ-Telekom"un ofisində olub və oradakı problemləri işıqlandırıb. Daha sonra erməni ailəsinə qonaq qalıb. Bir gün sonra isə Ağdam istiqamətində yola çıxıb.
"Taksi sürücüsü yolu azaraq Azərbaycan Ordusunun mövqelərinə doğru hərəkət etdi. Biz bunu Rusiya operatorunun xəbərdarlığı sayəsində bildik. Cəbhəyə yaxınlaşdıqda Rusiya operatorunun SİM kartı "Bakcell Azərbaycan" operatoru ilə birləşmə nəticəsində işləməyə başladı. Cəbhə boyu artilleriya qurğularını görəndə də biz azdığımızı anladıq və geri qayıtdıq", - deyə müxbir yazır.
Reportajda xüsusi diqqət çəkən məqam Rusiyanın "Müqafon" mobil şirkətinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimə məxsus mobil operatora rominq xidmətinin göstərməsidir. Doğrudur, Rusiya şirkətinin saytında Dağlıq Qarabağ Azərbaycan ərazisi olaraq göstərilir, lakin bu, onun separatçı rejimə əməkdaşlığına haqq qazandıra bilməz.