Paşinyanın sərsəm iddiaları.... Siyasət

Paşinyanın sərsəm iddiaları....

Ermənistanın baş naziri Nikol Paşinyanın "Exo Moskvı" radiosuna müsahibəsində səsləndirdiyi fikirlər qeyri-obyektiv və gülüncdür.
Bunu politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib.
N.Paşinyan müsahibədə həmçinin bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) guya SSRİ qanununa əsasən Azərbaycanın tərkibindən çıxıb.
F.Sadıxov qeyd edib ki, N.Paşinyan bu məsələdə də böyük səhvə yol verir:
"DQMV SSRİ vaxtında sovet qanunu ilə Azərbaycan SSR-in tərkibindən çıxmaq hüququna malik deyildi. Ümumiyyətlə, belə bir hüquqa ittifaq respublikalarının tərkibində heç bir muxtar vilayət sahib deyildi. O ki qaldı bir neçə nəfərdən ibarət vilayət şurası əsrlərlə Dağlıq Qarabağda yaşamış xeyli sayda azərbaycanlının rəyini nəzərə almadan Azərbaycanın tərkibindən çıxmağa səs versin".
Politoloq vurğulayıb ki, Paşinyanın azərbaycanlıların Ermənistanda heç bir zorakılığa məruz qalmadığını iddia etməsi növbəti sarsaqlıqdır:
"Axı onlarla qətlə yetirilmiş, yaralanmış, şikəst edilmiş azərbaycanlı vardı. 250 min insan öz tarixi torpaqlarından - indiki Ermənistan ərazisindən qovuldu. Bir sözlə, bu o qədər sərsəm iddiadır ki, şərh etməyə dəyməz".

"Ermənistanın küçə meydanından birbaşa hakimiyyətə gələn baş naziri hazırda çox çaşqın bir vəziyyətdədir. Paşinyanı hakimiyyətə gətirən xalq ümid edirdi ki, o, erməni xalqının sosial problemlərini həll edəcək. Lakin bu gün Ermənistanın boşalmış büdcəsi və Paşinyanın siyasətdə naşılığı xalqın sosial problemlərini həll etməyə imkan vermir. Sarkisyan ölkədə ki, sosial gərginlik vəziyyətindən fikiri yayındırmaq üçün hər dəfə Dağlıq Qarabağla bağlı cəfəng fikirlər ortaya atırdı. Biz bu gün Paşinyanın təcrübəsiz siyasətində də bu addımı görürürük".
Bu fikirləri isə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov deyib.
O bildirib ki, Paşinyanın apardığı dırnağarası siyasətdə fərqli cəhət odur ki, hakimiyyətə gəldiyi zaman Azərbaycanla hər hansı bir danışığa getmək istəmirdi. Ancaq bu gün bunun əksini söyləyərək Azərbaycan prezidenti ilə danışıqlara getmək istədiyini bildirir: "Paşinyanın həyat yoldaşı sülh naminə çağırışlar edərək müharibə etmək istəmədiyini bildirib. Əgər belədirsə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilsin".
Politoloq qeyd edib ki, bu gün bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın müstəqilliyini tanıyır. Paşinyan başa düşür ki, danışıqlar əgər tez bir zamanda bərpa olmasa Azərbaycan ordusu ən qısa zamanda hərb yolu ilə öz torpağını azad etmək məcburiyyətində qalacaq. "Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatları cəfəngiyyatdan ibarətdir. Bütün bu bəyanatlar qorxu içində səsləndirilmiş bəyanatlatdır".
Siyasi ekspertin sözlərinə görə, Ermənistanda Paşinyana qarşı keçirilən aksiyalar da öz növbəsində göstərir ki, parlamentdə 6%-ın dəstəklədiyi qurumun rəhbəri olan bu şəxs nə qədər çox istəsə də, hakimiyyətdə uzun müddət qala bilməyəcək.
Rufiz Qonaqov vurğulayıb ki, Azərbaycanın silahlı qüvvələri son olaarq Cünnüt əməliyyatı ilə ordusunun gücünü bir daha sübut etdi: "Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq səbirsizlikə gözləyir ki, danışıqlar prosesi bərpa olunsun. Əgər bu proses sülh yolu ilə bərpa olmayacaqsa cənab prezidentin də qeyd etdiyi kimi ordumuzun gücü hesabına nəyinki Qarabağı hətta tarixi torpaqlarımızıda azad edə bilərik".