Tramp Si Cinpinlə görüşün mövzularından birini açıqlayıb Dünya

Tramp Si Cinpinlə görüşün mövzularından birini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının prezidenti Si Cinpinlə aparacağı danışıqların mərkəzi mövzularından birinin süni intellekt (Sİ) olacağını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Tramp bunu özünün “Truth Social” hesabında yazıb.

"Çin Prezidenti Si Cinpinlə vacib gündür. Superintellekt müzakirə olunacaq əsas mövzulardan birinə çevriləcək, lakin mən hər şeyi olduğu kimi saxlamaq istərdim. Çin də eyni mövqedədir. Yeganə məhdudlaşdırıcı amil Ədliyyə Nazirliyidir", - Tramp qeyd edib.

Məryəm Quliyeva