ATƏT sədrinin Qarabağ planları Siyasət

ATƏT sədrinin Qarabağ planları

Əli Orucov: "Bu kimi baş aldadıcı planlardan bəyanatlardan çox danışılacaq"

ATƏT Parlament Assambaleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində plenar iclasında ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş deyib ki, Azərbaycan davamlı inkişaf nöqteyi-nəzərindən modeldir: "12 il əvvəl də burda olmuşam. 12 ildən sonra Azərbaycanda çox ciddi dəyişiklərin şahidiyəm. Bizim üçün Azərbaycanla yeni əməkdaşlıq sferası yaranır və bu bizim üçün çox əlverişli ola bilər". O, ATƏT-in regionda fəaliyyətinin artırılmasının vacibliyini vurğulayıb, ATƏT sədrinin yeni planlarını açıqlamasını istəyib: "İstər Rusiyanın maraqları fonunda, istər Ukrayna məsələsinin təsiri baxımından Siz bu regionda hansı siyasəti yürüdəcəksiniz? Bunu bilmək çox vacibdir".
Onun sualına cavab olaraq ATƏT sədri Didye Burkhalter regionla bağlı planlarını açıqlayıb: "Bizim tələblərimizə cavab olaraq Ukrayna böhranı ilə bağlı tərəflər atacaqları addımları açıqlayacaqlar. Bundan sonra biz də addımlarımızı bildirəcəyik. Abxaziya məsələsi ilə bağlı tələb edirik ki, orada ATƏT-ə fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradılsın. Rusiya və Gürcüstan arasında dialoq olmalıdır.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, planımız belədir: növbəti mərhələdə prezidentlər arasında yeni görüş keçirilməlidir. Yeni debatın əsasını qoymaq istəyirik. Çünki bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Hər iki prezidentlə bir neçə həftə bundan əvvəl bunları müzakirə etmişik. ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək niyyətindədir. Düşünürük ki, ATƏT-in böyük potensialı var. Sadəcə, mən Sizdən xahiş edirəm, münaqişə barədə 57 dövləti dolğun məlumatlandırasınız ki, yüksək dəstək ifadə olunsun".
Millət vəkili, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev deyib ki, indiyə qədər Azərbaycanın bütün çağrışlarına məhəl qoymayan ATƏT indi başa düşür ki, nə qədər böyük səhvə yol verib: "Azərbaycanın vaxtı ilə qaldırdığı ərazi btüövlüyü məsələsinə etinasız yanaşıblar. Bu məsəldə ATƏT geçikib". O, həmçinin əlavə edib ki, Rəsmi Bakının razılığı olmadan hər hansı referendum keçirilə bilməz: "ATƏT-in Kopenhagendə keçirilən konfrasında mən təkilf etmişdim ki, münaqişlərin həlli məsləsində dövlətlərin ərazi bütövlüyü nəzərə alınsın. Bu, çox mühüm məsələdir. Bu gün bir çox ölklər qondarma referandum yolu ilə başqa ölkələrin ərazilərini rəsmiləşdirməyə çalışırlar. Biz və Ukrayna da bu halla rastlaşmışıq. Bizim təkilf ondan ibarət olub ki, bu referendumlar həmin ölkələrin qanunlarına və beynəlxalq hüquqa əsasən keçirilməlidir. Rəsmi Bakının razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz. Bu məsələ ATƏT PA-nın gündəliyinə salınıb. Yəqin ki, Bakı Deklarasiyasında öz əksini tapacaq. Biz Helsinki yekun aktının sənədlərində birinçi növbədə dövlətlərin ərazi bötövlüyü və torpaqların bölünməzliyi prinsipi qeyd olunub. Orada xalqların öz müqəddaratını təyin etmə prisipi də var. Ermənilər bu prisipi yalnış olaraq şərh edirlər. Onların şərhindən belə başa düşmək olur ki, öz müqəddaratını təyin etmə prinsipi ölkə daxilində yeni dövlət yartamaq deməkdir. Bu tam yanlışdır.
Helsinki yekun aktında bu barədə heç nə qeyd olunmayıb. Ermənistan və erməni xalqı bütövlükdə öz müqəddəratlarını təyin ediblər. Baxamayaraq ki, onlar bizim ərazimizdə Ermənistan dövləti yaradıblar. Bizim ərazilərimizə hücum edərək dövlət yaradıblar. Dağlıq Qarbağda yaşayan az saylı ermənilərə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müqəddəratı təyin etmə hüququ verilə bilər. Bu məsələdən bir çox erməni siyasətçiləri sui-istifadə edirlər".
Siyasi pekspert Əli Orucov isə diqqətə çatdırdı ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in planı adlandırdığınız həmin planda yeni və fövqəladə heç nə yoxdur: "ATƏT sədri Didye Burkhalter səsləndirdiyi fikirlər 20 il səsləndirilən fikirlərdən başqa bir şey deyil. İndiyədək prezidentlər yaxud xarici işlər nazirləri, həmsədrlər yüzlərlə görüşlər keçiriblər. Nəticəsi nədir? Həmçinində problemlə bağlı 57 dövlətin dolğun məlumatlandırılması məsləsi, burda da qeyri-səmimilik var. Nəinki 57 hətta BMT üzvü olan 197 ölkə də bilir ki, Azərbaycan işğala məruz qalıb. Münaqişəyə dəstək verən və onu körükləyən dövlərlər, eləcə də marqaları üstün tutan, dişsiz quruma çevrilən beynəxalq təşkilatlar siyasi iradə göstərməyənədək bu kimi baş aldadıcı planlardan bəyanatlardan çox danışılacaq. Fikrimcə ATƏT münaqişənin Nizmlanmasına nəinki kömək edə bilmir, əksinə onu daha da çətinləşdirir. Konfliktin bir həlli yolu var hamı silaha sarılıb, Ordumuzla birlikdə işğalçinı qovmaq".
Bəzi məumatlara görə isə planlar dedikdə Azərbaycanın ilkin olaraq 3 rayonunun qaytarılmasından söhbət gedir.
Buna münasibətini açıqlayan hərbi ekspert Üzeyir Cəfərov "Üç rayonun geri qaytarılması məni Qarabağ döyüşçülərinin iştirakçısı, Azərbaycan vətəndaşı kimi qətiyyən qane eləmir",- deyə bildirib. O, üç rayonun geri qaytarılması ilə Azərbaycanın heç cürə razılaşa bilməyəcəyini qeyd edib:
"Bu məlumat rəsmi mənbələrdən götürülüb, mətbuatda açıqlanıb. Azərbaycana 3 rayonun qaytarılması ilə bağlı məlumatı heç haradan uydurmamışam. Bu, rəsmi səslənən məlumat olduğuna görə onu bir daha dilə gətirdim. Belə informasiyanı tam ciddi hesab edirəm. Bununla bağlı xarici radiostansiyaların birində öz narazılığımı da səsləndirmişəm. Bu, məni, Qarabağ döyüşçülərinin iştirakçısı və Azərbaycan vətəndaşı kimi qətiyyən qane eləmir. Niyə biz düşmənin fitnə-fəsadı qarşısında üç rayonla razılaşmalıyıq? Əvvəla, BMT-nin qətnamələri əsasında tələb edirik ki, işğalçılar tutduqları torpaqlardan qeyri-şərtsiz geri çəkilsinlər. Bu, bizim dövlətimizin mövqeyidir. Əgər bu mümkün deyilsə, onda BMT, ATƏT qarşısında məsələ qaldırılacaq". Hərbi ekspert üç rayonun qaytarılmasından sonra Azərbaycanın yenidən uzun müddət süni danışıqlar prosesinə qoşulacağını bildirib: "Üç rayonun qaytarılması ilə bağlı razılaşsaq, onda yenidən süni danışıqlar prosesi, imitasiyalar başlayacaq. Bu, Rusiya ilə Ermənistanın birgə oyunudur və bizim əleyhimizədir. Son günlər bölgədəki aktivlik və edilən səfərlərin heç biri təsadüfi xarakter daşımır. Bunların hamısı göstərir ki, Dağlıq Qarabağ ətrafında çox ciddi müzakirələr gedir və Azərbaycanın hazırda güclənən mövqeyi qarşısında işğalçılar geri çəkilirlər. Biz bu şəraiti yüksək qiymətləndirməliyik. İnanıram ki, yaxınlarda status-kvo dəyişəcək, bununla bağlı xoş mesaj ölkə başçısının dilindən də səsləndi".

Əli