San-Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib Siyasət

San-Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib

ABŞ-ın San-Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.
Daha sonra sənəddə San-Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycanın Müstəqillik Günü təbrik edilir.
ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.